Nə olub, Paşinyan?! Vovayeviçin şəkillərindən doğan suallar

      Nə olub, Paşinyan?!    Vovayeviçin şəkillərindən doğan    suallar
  06 Oktyabr 2022    Oxunub:3106
Bu gün Praqada “Avropa Siyasi Birliyi” Zirvə Toplantısının çərçivəsində keçirilən görüşlərin əsas vizual “qəhrəmanı” Ermənistanın baş naziri Nikol Paşinyan idi. Düzdür, Vovayeviç başqa vaxtlarda da fotogenikliyi ilə fərqlənmir, amma Praqadan gələn fotolarda onun dilxor duruşu, qəribə pozaları o qədər “parlaq” idi ki, dərhal sosial şəbəkədə trendə çevrildi.

Mimika və pantomimika mütəxəssisləri Paşinyanın sifət və bədən ifadələrindən yəqin ki, çox şey oxuya bilərlər. Amma bizi hazırda maraqlandıran bu deyil.


Bəli, bir insanın keçirdiyi emosiyalar qeyri-ixtiyari onun fizionomiyasında əks olunur. Amma siyasətçiləri, dövlət xadimlərini adi insanlardan fərqləndirən cəhətlərdən biri də odur ki, onlar istər bədən, istərsə də üz ifadələrinə nəzarət etməyi bacarır, fikirlərini bədən dili vasitəsilə qışqırmırlar.


Bir liderin ağlından onlarla, yüzlərlə fikir keçə, onların çoxu narahatlıq, əsəb, hətta qəzəb, qorxu doğura bilər. Amma siz sifətindən və bədən pozalarından heç nə oxuya bilməyəcəksiniz. Tam əksinə, o, ətrafa ötürmək istədiyi mesajı məqsədli şəkildə simasında əks etdirəcək. Məsələn, İlham Əliyev bunu bütün şəratlərdə çox yüksək səviyyədə bacarır. Peşəkar siyasətçi olmaq həm də bu deməkdir.


Belə görünür ki, Paşinyanın bu məsələlərdən xəbəri yoxdur. O, istər bədən, istərsə də üz ifadələrilə düşdüyü mühitdə yersiz olduğunu, arasında durduğu şəxslərlə kalibr baxımından uzlaşmadığını, bunu başa düşdüyü üçün diskomfort keçirdiyini, sıxıldığını, xoşuna gəlməyən münasibətlə üzləşdiyini, özünün və ölkəsinin maraqlarını gərəyincə ifadə edə bilmədiyini büruzə verir.


Özü də bunu o qədər açıq şəkildə edir ki, fotolar çəkilən anda Nikol Vovayeviçin ağlından və ürəyindən nəyin keçdiyini anlamaq üçün mütəxəssis olmağa heç bir ehtiyac yoxdur.


Məsələnin başqa maraqlı tərəfi də var. Müasir dünyada siyasət – həm də imicmeykərlərin meydanıdır, liderlər ilk növbədə öz imiclərindən ibarətdirlər. Doğrudanmı, Paşinyanın komandasında ona kloun mimikası ilə siyasətçinin üz ifadəsinin fərqini izah edə bilən normal imicmeyker yoxdur? Şəkillərə əsasən nəticə çıxarsaq, yox.




Tariyel Həsənov
AzVision.az



Teqlər: Bədən-dili   Paşinyan  





Xəbər lenti