Monako şahzadəsi Mehriban Əliyeva haqqında nə demişdi? - MARAQLI XATİRƏ

  Monako şahzadəsi Mehriban Əliyeva haqqında nə demişdi? -    MARAQLI  XATİRƏ
  06 Oktyabr 2022    Oxunub:1646
Sirk sənətinin tanınmış ustası, "Triumf" Sirkinin baş direktoru və bədii rəhbəri Allahverdi İsrafilov Monako knyazlığında festivalda iştirak edərkən yaşadığı maraqlı xatirəni AzVision.az -ın oxucuları ilə paylaşıb.
"2012-ci ildə bizi Moskvada “Qızıl buff” festivalına dəvət etmişdilər. Monako şahzadəsi Stefaniyə festivaldakı nömrələr barədə məlumat vermişdilər. Videonu görəndən sonra onlar Moskvaya gəldilər. Sirkin məskəni olan Monte-Karlodan bir qrup heyət Rusiyaya o nömrəni izləmək üçün buyurmuşdu. Onlar bizə Monte-Karloda iş təklif etmək istəyirdilər.

Şahzadə bilmirdi ki, mən azərbaycanlıyam.Bu haqda ona məlumat verilməmişdi. Və normal olaraq düşünülürdü ki, Rusiyada yaşayan başqa millətdən də ola bilərəm. Amma biləndə ki, mən azərbaycanlıyam və Monte-Karloda təmsil olunacağam onların marağı ikiqat artdı. İlk dəfəydi ki, Monte- Karloda Azərbaycanı kimsə təmsil edəcəkdi.
"İşimiz təhlükəlidir, xeyli zədələrimiz var" - Havada şou göstərənlər

Şahzadə azərbaycanlı olduğumu biləndə dedi ki, "Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Sizin çox gözəl şəhəriniz var". Həmçinin dedi ki, "sizin birinci xanım Mehriban Əliyeva çox gözəldir".

Biz orda Azərbaycanı bayrağıyla hər incə detalıyla layiqincə təmsil etdik. Sən gəlməz oldun kompozisiyasının sədaları altında nömrə hazırlanmışdı. Gözəl çıxış etdik və mükafatımızı da aldıq. Daha sonra Yaponiyada, İtaliyada, Fransada festivallarda uğurla çıxış etmişik. Moskvada neçə dəfələrlə qalib olmuşuq. Əvvəllər üçüncü və ikinci yerləri qazanırdıqsa, illər ötdükcə və təcrübə artdıqca birinci yerləri qazandıq".



Şahanə Rəhimli
AzVision.az

Teqlər:   Monako  







Xəbər lenti