Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib

Canni De Byazi AFFA rəhbərliyinə təşəkkür edib
  05 Oktyabr 2022    Oxunub:585
"Milli komandamızla indiyədək görülən işləri müsbət qiymətləndirdikləri üçün AFFA-ya, xüsusilə də milli assosiayasının prezidenti Rövnəq Abdullayevə və İcraiyyə Komitəsinə şəxsən öz təşəkkürümü bildirirəm".
Bunu Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi özünün sosial şəbəkə hesabında yazıb.

AFFA ilə yeni müqavilə imzalayan italiyalı mütəxəssis bildirib ki, meydanda işi optimallaşdırmaq məqsədilə oyunçular, məşqçilər və azarkeşləri qane edə biləcək şərait yaradıb: "İndi bizi iddialı və gərgin sınaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının təsnifat mərhələsi gözləyir. Mənimlə inamla addımlayan futbolçularımıa, meydanda və ondan kənarda əzmlə çalışanlara təşşəkkürümü bildirirəm. Onların mənim üçün cox dəyərlidir".

Qeyd edək ki, Canni De Byazi ilə müqavilənin müddəti seçmə mərhələnin sonunadək nəzərdə tutulub.
AzVision.az




Teqlər:





Xəbər lenti