AMEA-da kütləvi ixtisar: İşçilərin böyük hissəsi işdən çıxarıldı

      AMEA-da kütləvi ixtisar:    İşçilərin böyük hissəsi işdən çıxarıldı
  04 Oktyabr 2022    Oxunub:392
“Azərbaycan Milli Elmlər Akademiyasının strukturunun təsdiq edilməsindən və say həddinin müəyyən olunmasından sonra irəli gələn vəzifələr həyata keçirilir”.
AzVision.az xəbər verir ki, bunu APA-ya açıqlamasında AMEA-nin vitse-prezidenti İsa Həbibbəyli deyib. O bildirib ki, yeni nizamnamənin təsdiq edilməsi üçün ümumi yığıncağın keçirilməsi ilə bağlı hələlik qərar yoxdur.

Akademik onu da əlavə edib ki, yeni strukturda işçilərin say həddi əvvəlki əməkdaş sayının 1/3-i qədərdir. Bu balans həmçinin rəyasət heyətinin say tərkibində də eynidir.

AMEA-nın hüquqi statusuna da toxunan İsa Həbibbəyli qeyd edib ki, AMEA respublikada elmi fəaliyyəti əlaqələndirən və ölkədəki digər elmi qurumların elmi-tədqiqat nəticələrini ümumiləşdirən, buna müvafiq qərarlar çıxaran orqandır.

AzVision.az

Teqlər:







Xəbər lenti