Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
AzVision.az -a verilən məlumata görə, “Fenix Trade” MMC-nin Agentliyə müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitən ümumi çəkisi 200 kiloqram dəniz məhsulları və alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.
AzVision.az