Məşhur şahmatçılarımız dünya reytinqində gerilədilər

Məşhur şahmatçılarımız dünya reytinqində gerilədilər
  01 Oktyabr 2022    Oxunub:1072
Beynəlxalq Şahmat Federasiyasının (FİDE) yeni reytinq siyahısını açıqlayıb.
AzVision.az xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk "onluq"dan uzaqlaşıb. O, 3 pillə geriləyərək 2747 xalla 13-cü yerə düşüb. Eyni xala malik Teymur Rəcəbov da geriləyib. Belə ki, Rəcəbov 15-ci pillədən 16-cı yerə düşüb. Ən güclü yüz şahmatçı sırasında azərbaycanlı təmsilçilərdən Qədir Hüseynov (2661) 84-cü pillədə yer alıb.

Qadın şahmatçılar arasında isə Günay Məmmədzadə (2483) 18-ci, Ülviyyə Fətəliyeva (2422) 39-cu, Gülnar Məmmədova (2389) 62-ci, Xanım Balacayeva (2384) 66-cı, Gövhər Beydullayeva (2356) 98-ci yeri tutaraq ilk "100-lüy"ə düşməyi bacarıb.
AzVision.az



Teqlər: Şahmat   Reytinq  





Xəbər lenti