De Byazi: "Medianın yazdığının 95 faizi yalandır”

   De Byazi:    "Medianın yazdığının 95 faizi yalandır”
  29 Sentyabr 2022    Oxunub:859
Millimizin baş məşqçisi Canni De Byazi Albaniya mətbuatına danışıb.
AzVision.az xəbər verir ki, italiyalı mütəxəssis "Konica"ya açıqlamasında Albaniya millisinə mümkün qayıdışı haqda sualı cavablandırıb.

O, sentyabrın 30-dan sonra bütün təklifləri nəzərdən keçirəcəyini bildirib: “Mənim Azərbaycan millisi ilə sentyabrın 30-dək müqaviləm var və bundan sonra qarşımda olacaq bütün təklifləri nəzərdən keçirəcəyəm. Şayiələrə fikir verməyin, külək kimidir. Medianın yazdığının 95 faizi yalandır”.

Qeyd edək ki, 2020-ci ilin iyulundan Azərbaycan millisini çalışdıran Canni De Byazinin müqviləsi sentyabrın 30-da başa çatır.

AzVision.az



Teqlər:





Xəbər lenti