“Neftçi”nin baş məşqçisi keçmiş arvadını küçədə döydü - Video

   “Neftçi”nin baş məşqçisi keçmiş arvadını küçədə döydü -    Video
  25 Sentyabr 2022    Oxunub:1336
"Neftçi"nin baş məşqçisi Laurentiu Regekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla küçədə dava edib.
AzVision.az xəbər verir ki, bu barədə “Gazeta Sporturilor” məlumat yayıb. Hadisə sentyabrın 23-də axşam saatlarında Buxarestdən 40 kilometr aralıda yerləşən Snaqovda baş verib. Regekampf və Prodan küçədə nəyisə müzakirə ediblər və sonra dalaşıblar. Əvvəlcə Prodan mütəxəssisin üzündən tutub, daha sonra isə Regekampf onu döyüb.

Həmin gün saat 19:36-da məşqçi, 19:38-də isə Prodan polisə ərizə yazıb. Hər biri fiziki zorakılığa və zərbələrə məruz qaldığını bildirib. Polisdə məişət zorakılığı, döyülmə və digər faktlarla bağlı iki iş başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Laurentsiu Regekampf 2008-2021-ci illərdə Anamariya Prodanla evli olub. Onların bir övladı var.









AzVision.az



Teqlər:





Xəbər lenti