"Azərbaycana qalib gəlməliyik" - Jumabek

"Azərbaycana qalib gəlməliyik" -    Jumabek
  24 Sentyabr 2022    Oxunub:1060
Qazaxıstan millisinin futbolçusu Abılayxan Jumabek yerli federasiyanın mətbuat xidmətinə açıqlama verib.
AzVision.az xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin son oyununda Azərbaycanla keçirəcəkləri görüş barədə danışıb:

“Daha bir matçımız var. Qrup mərhələsini Azərbaycan üzərində qələbə ilə başa vurmaq istəyirik. Baş məşqçi dedi ki, turnir hələ bitməyib. Son oyunda qalib gəlməliyik”.

Qeyd edək ki, sabah “Dalga Arena”da oynanılacaq Azərbaycan – Qazaxıstan görüşü saat 20:00-da başlayacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti