Soydaşlarımız tay boksu yarışında qalib gəliblər

Soydaşlarımız tay boksu yarışında qalib gəliblər
  04 May 2014    Oxunub:1500
Murmanskda “Vımpel” tay boksu üzrə XI açıq turnir başa çatıb. Yarışlarda Murmansk, Polyarnıye Zori, Zauzersk, Qadjiyevo, Monçeqorsk, Polyarnı şəhərlərindən və Kola rayonundan 130-dan çox idmançı iştirak edib.
İkigünlük yarışların yekunlarına görə ümumi komanda hesabında birinci yeri Murmansk vilayət mərkəzinin “Laplandiya” Uşaqlara Əlavə Təhsil Mərkəzinin komandası qazanıb.

Həmvətənlərimiz bir sıra çəki dərəcələrində qalib gəliblər:

10-11 yaşlı uşaqların fərdi yarışlarında Əmrah Əliyev 38 kq-dək çəki dərəcəsində, 12-13 yaşlı gənclərin yarışlarında Vüsal Bayramov (48 kq-dək), 16-17 yaşlılar arasında Samir Salmanov (67 kq-dək), habelə yaşlıların turnirində Niyaməddin Curiyev (51 kq-dək), Zamir Rəcəbov (67 kq-dək), Rafəddin Tağıyev 75 (kq-dək), German Həsənov (81 kq-dək).
Həmvətənlərimiz Şamil Hüseynov “Yarışların ən yaxşı hakimi”, Murad Əliyev “Qələbə əzminə görə” xüsusi mükafatlarına layiq görülüblər


Teqlər:





Xəbər lenti