Gülşənin ev dustaqlığı ləğv edildi

    Gülşənin ev dustaqlığı ləğv edildi
  12 Sentyabr 2022    Oxunub:1471
Müğənni Gülşənin ev dustaqlığı ləğv edilib. Lakin sənətçinin ölkədən çıxışına qadağa qoyulub və ona ən yaxın polis bölməsinə hər gün gedib imza atma şərti irəli sürülüb.
Qeyd edək ki, Gülşənin İmam Hatip liseyi şagirdləri ilə bağlı fikirlərinə görə İstanbul Baş Prokurorluğu tərəfindən istintaq başladılmışdı və barəsində saxlanılma qərarı verilmişdi. Daha sonra müğənni məhkəmə qarşısına çıxarılmışdı. Məhkəmə qərarı ilə Gülşən həbs olunaraq həbsxanaya göndərilmişdi. Gülşən “xalqı kin və düşmənçiliyə sövq etmək”də ittiham olunurdu.

Məhkəmənin avqusutun 29-u müğənni ilə bağlı verdiyi qərarla sənətçi ev dustaqlığına buraxılmışdı.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti