Baş məşqçi Ukrayna döyüşlərində öldürüldü

Baş məşqçi Ukrayna döyüşlərində öldürüldü
  08 Sentyabr 2022    Oxunub:940
Ukrayna müharibəsində daha bir idmançı həlak olub.AzVision.azxəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Bildirilir ki, döyüşlər zamanı Lvovdan olan uşaq futbolu üzrə məşqçi Dmitri Boqdanoviç Fialka ölüb.

"O, fevral ayında Ukrayna Silahlı Qüvvələrinə qoşularaq vətənin müdafiəsinə yollanıb. Faciəli xəbər “Lvov” klubunun sosial şəbəkələrində yayılıb. Mütəxəssis "Lvov" FK strukturunda 2006-cı il təvəllüdlü uşaqlarla işləyib. Bu ilin fevralında Dmitri Fialkanın yetirmələri Kiyev “Dinamo”sundan olan həmyaşıdlarına qalib gələrək Rusiyanın Ukraynaya hücumu səbəbindən heç vaxt baş tutmayan "DYUFLU" Qış Kubokunun yarımfinalına yüksəlib", - saytlar yazıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna  





Xəbər lenti