"Emmanuelin" rejissoru öldü

"Emmanuelin" rejissoru öldü
  07 Sentyabr 2022    Oxunub:1054
Məşhur fransız rejissoru "Emmanuel" filmini çəkən Jyüst Jaken çərşənbə axşamı 82 yaşında vəfat edib. AzVision.az xəbər verir ki, bu barədə "Huffington Post" məlumat yayıb.
Jaken daha çox baş rolda Silviya Kristelin oynadığı və erotik janrda olan “Emmanuel” filmi ilə tanınırdı. Onun uzun sürən xəstəlikdən sonra sentyabrın 6-da Bretnidə vəfat etdiyi deyilir. Jaken həmçini hərbi fotojurnalist olub və daha sonra "Elle", "Marie Claire" və "Vogue" moda jurnallarında fotoqraf kimi çalışıb. Dünya şöhrəti ona 1974-cü ildə rejissor kimi çəkdiyi ilk bədii filmi olan "Emmanuel" gətirdi.

Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti