Türkiyəli futbolçu İtaliya klubunun tarixinə düşdü

Türkiyəli futbolçu İtaliya klubunun tarixinə düşdü
  06 Sentyabr 2022    Oxunub:692
İtaliya A seriyasının 5-ci turunda keçirilmiş “Torino” – “Leççe” oyunu meydan sahiblərinin türkiyəli yarımmüdafiəçisi Emirhan İlkhan üçün əlamətdar olub.
AzVision.az xəbər verir ki, o, Turin klubunun tarixində start heyətdə meydana çıxan ən gənc (18 yaş, 96 gün) futbolçu olub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Leççe” ilə matçın 64-cü dəqiqəsində əvəzlənən yarımmüdafiəçi 1:0 hesablı qələbəyə sevinib. O, daha öncə 1-ci turun “Monza” ilə səfər matçının 90-cı dəqiqəsində meydana çıxmaqla yeni komandasında debüt imkanı əldə etmişdi.

Xatırladaq ki, “Torino” Emirhanı bu yay yetirməsi olduğu “Beşiktaş”dan 4.5 milyon avroya transfer edib.
AzVision.az



Teqlər:





Xəbər lenti