Polşada “vampir” skeleti tapılıb

   Polşada “vampir” skeleti tapılıb
  06 Sentyabr 2022    Oxunub:2472
Polşada yerləşən XVII əsrə aid qəbirstanlıqda boynunda oraq olan və dişləri önə çıxmış “vampir” qadın skeleti tapılıb.
Arxeoloji qazıntılara Nikolay Kopernik universitetinin professoru Dariuş Polinski rəhbərlik edib. Qadın skletinin üzərindəki oraqdan əlavə əl barmağında da qıfıl olub. Bu ölülər dünyasından "qayıtmağın qeyri-mümkünlüyünün" simvoludur.

Qeyd edək ki, 11-ci əsrdə Şərqi Avropa sakinləri ölülərin məzarlarından çıxaraq canlı insanların qanını içdiklərinə inanırdılar. Buna görə də “Qaniçən məxluqlar”ın dirilməsinin qarşısını almaq üçün insanlar xüsusi dəfn üsullarına üz tutrdular. Məsələn, vampiri “dayandırmaq” üçün oraqdan başqa metal çubuqlardan da istifadə edir və yaxud da meyitin başını kəsirdilər.

Şəms Şahinli
AzVision.az


Teqlər:





Xəbər lenti