Kloppa butulka atdılar

Kloppa butulka atdılar
  04 Sentyabr 2022    Oxunub:802
Ötən gün Premyer Liqanın 6-cı turunda keçirilən "Everton" - "Liverpul" matçında (0:0) qalmaqal yaşanıb.
AzVision.az BBC-yə istinadən xəbər verir ki, bu, görüşün 71-ci dəqiqəsində "Everton"dan Konor Koadinin vurduğu qolun VAR-a baxılaraq ləğv edilməsindən sonra baş verib. Həmin vaxt ev sahibi komandanın 2 azarkeşi əsəbiləşərək "Liverpul"un baş məşqçisi Yurgen Kloppun üzünə butulka atmaq istəyib. Lakin butulkalar Kloppun yanından keçib. Daha sonra isə bir azarkeş meydana daxil olub.

Bildirilir ki, "Everton" həmin azarkeşləri müəyyənləşdirib, onları qeyri-müəyyən müddətə komandanın oyunlarından kənarlaşdıracaq. Hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparmaq istəsə, klub Mersisayd polisi ilə əməkdaşlıq etməyə hazırdır. Həmçinin İngiltərə Futbol Asossasiyası da öz araşdırmasını aparacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti