Mayk Ceksonun ölümündə yeni müəmma - VİDEO

   Mayk Ceksonun ölümündə yeni müəmma -    VİDEO
  30 Avqust 2022    Oxunub:1620
Maykl Ceksonun faciəli ölümü "qaçılmaz" sayılıb və onun ürəyinin dayanmasına narkotikin səbəb olduğu deyilir. Bu məsələdə isə bir çox adam günahkar sayılmalı idi.
AzVision.az xəbər verir ki, bu barədə Los-Ancelesdən olan detektiv Orlando Martinez ulduz müğənni haqqında çəkilən yeni sənədli filmdə danışıb.

O, xatırladıb ki, pop musiqisinin sevimli kralı 2009-cu ilin iyununda Los-Ancelesdəki evində vəfat edib. Buna görə yalnız onun şəxsi həkimi Konrad Mürreyin qəsdən adam öldürmə şübhəsi ilə həbs edilməsi isə düzgün deyil.

Orlando Martinez etiraf edir ki, Maykl Ceksonun propofol kimi anestezik dərmanlardan daimi istifadə etməsinə baxmayaraq əvvəllər bu səbəbdən ölməməsi onu da təəccübləndirib.

Ancaq indi "Maykl Cekson işi" ilə yaxından tanış olanlar deyirlər ki, dünya şöhrətli ulduzun narkotika aludəçiliyi səviyyəsinə çatmasına imkan verən başqa adamlar da məsuliyyət daşımalı idi.

“Maykl istədiyini əldə edəcəkdi. Əgər sən ona yox desəydin belə, sənin yerinə bunu edəcək başqa bir həkimi tapardı. Amma onun ölümünə görə heç vaxt cavab verməyəcək günahkar şəxslər var”. - Martinez qeyd edib.

Detektiv onu da deyib ki, Maykl Cekson ona dərman yazan bir neçə fərqli həkimə də baş çəkib. Buna görə də o, tez-tez normal dozalardan çox böyük miqdarda dərman qəbul edib.

O, məlum sənədli filmdə etiraf edib ki, pop ulduzunun ölümündə yalnız doktor Mürreyın günahkar olmasını düzgün saymır. Lakin məhkəmə zamanı digər şəxslərin də günahkar olduğunu sübut etmək inanılmaz dərəcədə çətin olub.

Detektiv qeyd edib ki, o vaxtı hətta digər tibbi ekspertləri də bu işə cəlb etmək çətin məsələ olub. Çünki onlar belə bir dolaşıq işə qarışmaq istəmirlərmiş.

Emosiyalarını zorla saxlayan həkim Mürray də müsahibəsində deyib ki, əfsanənin ölümündə şəxsən günahı öz üzərinə götürüb. O, bunun "yanlış" addım olduğunu düşünür, amma buna baxmayaraq, "Mən həmişə Mayklı sevəcəyəm" deyir.

Tural Tağıyev
AzVision.az



Teqlər: Detektiv   Maykl-Cekson  





Xəbər lenti