"Sürücü içkili olub" - Tatlısəsin qəzası ilə bağlı yeni məlumat

   "Sürücü içkili olub" -    Tatlısəsin qəzası ilə bağlı yeni məlumat
  26 Avqust 2022    Oxunub:1434
Türkiyənin tanınmış sənətçisi İbrahimTatlısəsin ötən gün Bodrumda qəzaya düşmə səbəbi məlum olub. AzVision.az Haber Globala istinadən xəbər verir ki, yol qəzası ilə bağlı istintaq başladılıb.
Edilən müayinə zamanı Tatlısəsin olduğu mikroavtobus ilə toqquşan yük avtomobilinin sürücüsü Gültəkin G.nın qanında spirt aşkarlanıb. Qəzanın baş verdiyi gün onun alkoqol qəbul etdiyi bəlli olub.

Qeyd edək ki, içərisində İbrahim Tatlısəsin və qızının olduğu mikroavtobus yük avtomobili ilə toqquşduqdan sonra yolun kənarına yuvarlanıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadası cəlb olunub. Avtomobildə sıxılı vəziyyətdə qalan sənətçi və qızı avtomobildən xilas edilərək xəstəxanaya çatdırılıb.

Şəms Şahinli
AzVision.az



Teqlər:





Xəbər lenti