Quraqlıq 113 milyon illik dinozavr izini üzə çıxardı - FOTOLAR

   Quraqlıq 113 milyon illik dinozavr izini üzə çıxardı -    FOTOLAR
  24 Avqust 2022    Oxunub:2498
ABŞ-da maraqlı hadisə baş verib. AzVision.az xəbər verir ki, Texasda yaşanan güclü quraqlıqdan sonra bir çayın quruması nəticəsində dinozavrın daşlaşmış ayaq izləri aşkarlanıb.
Bildirilir ki, tapıntının 113 milyon illik tarixi var. "Dinosaur Valley State Park"ın mütəxəssislərinin sözlərinə görə 15 fut hündürlüyündə, 7 ton ağırlığında olan bu dinozavr Akrokantozavr növünə aid olub.

Parkın sosial şəbəkələrdəki hesabında yaydığı videoda yeni aşkarlanmış bu tarixi ayaq izləri artıq dünya mediasının da diqqətini çəkib. Videoya baxanda aşkar görünür ki, bu izlər çay yatağında bir neçə insan əli ölçüsündədir.





Tural Tağıyev
AzVision.az



Teqlər: Dinozavr  





Xəbər lenti