“Mançester Yunayted” Kazemironu 60 milyon avroya satır

   “Mançester Yunayted”    Kazemironu 60 milyon avroya satır
  19 Avqust 2022    Oxunub:1170
"Real Madrid"in yarımmüdafiəçisi Kazemiro "Mançester Yunayted"ə keçməyə yaxındır.
Bu barədə “The Athletic” məlumat yayıb. Mənbənin sözlərinə görə, britaniyalılar braziliyalı futbolçu üçün 60 milyon avro ödəyəcək. Bundan başqa, 10 milyon avro da bonuslar şəklində ödənilə bilər. Futbolçu “Mançester Yunayted”də həftəlik 413 min avro qazanacaq.

Braziliyalı yarımmüdafiəçi ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir. “Trasnfermarkt”a görə Kazemironun bazar dəyəri 40 milyon avrodur.


AzVision.az



Teqlər:





Xəbər lenti