Qütb parıltısı kosmosdan belə görünür - FOTOLAR

   Qütb parıltısı kosmosdan belə görünür -    FOTOLAR
  19 Avqust 2022    Oxunub:711
Amerikalı astronavt Robert Hayns kosmosdan Qütb parıltısının necə göründüyünü çəkib. AzVision.az xəbər verir ki, o, orbitdə olarkən Yerin üzərində yaşıl bir parıltının ecazkar görüntü yaratdığını görüb. Hayns həmin anı lentə alıb. Astronavtın çəkdiyi foto doğrudan da sehrli bir mənzərəyə bənzəyib.
"Qütb parıltısı bu gün tamamilə möhtəşəmdir! Bu gözəl mənzərələrlə nəticələnən son günəş aktivliyinə görə təşəkkür edirik!", - o, Twitter səhifəsində yazıb.

Qeyd edək ki, Robert Hayns astronavt, mühəndis olmaqla yanaşı ABŞ Hərbi Hava Qüvvələrinin sınaqçı pilotudur. O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin polkovnik-leytenantıdır.

5 inqilabi şəkil: “Ceyms Uebb”in göndərdiyi fotolar hansı sirləri açır | ELMI CAVAB
Hayns bu ilin aprelin 27-də "SpaceX Crew Dragon Freedom" kosmik gəmisinin ilk pilotu kimi orbitə çıxdı. Elə həmin gün gəmi Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşdı və astronavt uzunmüddətli missiyaların bir hissəsi kimi işə başladı.

Xatırladaq ki, Qütb parıltısı günəşin fəaliyyəti nəticəsində kosmosa atılan külli miqdarda yüksək enerjili elektron və ionların yerin maqnit sahəsinə daxil olması hadisəsidir. Yerin maqnit sahəsinə daxil olan elektronlar Lorens qüvvəsinin təsiri nəticəsində qütblərə doğru hərəkət edir və burada toplanır. Bunun nəticəsində də qütb parıltısı baş verir.



Tural Tağıyev
AzVision.az

Teqlər:   Kosmos   Astronavt  







Xəbər lenti