“Qızınıza gözümüz kimi baxacağıq" - Türkiyəli rektor 700 bal yığan Nigara zəng etdi

   “Qızınıza gözümüz kimi baxacağıq" -    Türkiyəli rektor 700 bal yığan Nigara zəng etdi
  18 Avqust 2022    Oxunub:1374
Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanında 700 bal toplayan və təhsilini Türkiyədə davam etdirəcək Nigar Ağazadəyə qəbul olunduğu Ankara Universitetinin rektoru Necdet Ünüvar zəng edərək təbrik edib.
AzVision.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

"Çox yaxşı məktəb seçmisiniz. Ankara Tibb Türkiyənin ən yaxşı ali məktəblərindən biridir. Ankara Universiteti olaraq sizi həyəcanla gözləyirik. Ən yaxşı təhsil almaq üçün sizə hər cür maddi və mənəvi dəstəyi verəcəyik",-deyə o gələcək tələbəyə ürək sözlərini deyib.

N. Ağayevanın anası ilə danışan rektor “Qızınıza qızımız kimi, gözümüz kimi baxacağıq, gözünüz arxada qalmasın"deyib.

Nigar Ağazadə isə Ankara Universitetini qazandığı üçün çox xoşbəxt olduğunu və yeni tədris ilinin başlamasını səbirsizliklə gözlədiyini bildirib.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti