Ronaldo karyerasında bunu da yaşadı

Ronaldo karyerasında bunu da yaşadı
  17 Avqust 2022    Oxunub:951
"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo üçün uğursuz göstərici qeydə alınıb.
AzVision.az "Opta"ya istinadən xəbər verir ki, portuqaliyalı hücumçu karyerasında ilk dəfə ardıcıl üç liqa matçında məğlub olub.

"Qırmızı şeytanlar" ötən mövsümün son oyununda "Brayton"a 0:4 hesabı ilə uduzub. Komanda yeni mövsümün ilk matçında da eyni rəqibə məğlub olub - 1:2. Erik ten Haqın komandası 2-ci turda isə "Brenford"a böyük hesablda uduzub - 0:4.

Ronaldo mövsümün ilk oyununda sonradan meydana daxil olubsa, son matçda 90 dəqiqə mübarizə aparıb və heç nə ilə yadda qalmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti