"Qarabağ"ın səfər oyununun biletləri iki saata satıldı

"Qarabağ"ın səfər oyununun biletləri iki saata satıldı
  16 Avqust 2022    Oxunub:1272
Çexiyada "Viktoriya" (Plzen) və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununun biletlərinin hamısı satılıb.
Biletlər satışa çıxdıqdan iki saat sonra bitib. Komandanın kapitanı qapıçı Lukaş Heyda bu xəbərdən məmnun qaldığını söyləyib. 32 yaşlı qolkiper evdə yenidən azarkeşlərin dəstəyinə arxalanacaqları üçün xoşbəxt olduğunu bildirib.

Qeyd edək ki, avqustun 23-də "Dusan Arena"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matç iyulun 17-də Bakıda olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti