Çempionlar Liqasında pley-off başlayır - TƏQVİM

Çempionlar Liqasında pley-off başlayır -    TƏQVİM
  16 Avqust 2022    Oxunub:868
Bu gün Çempionlar Liqasında pley-off mərhələsinə start veriləcək. AzVision.az xəbər verir ki, ilk oyun günündə 3 matç keçiriləcək.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb, Xorvatiya) "Budö Qlimt"in (Norveç) qonağı olacaq. Türkiyə "Trabzonspor"u isə səfərdə "Kopenhagen"lə (Danimarka) üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin digər 3 oyunu sabah keçiriləcək. Azərbaycan çempionu "Qarabağ" Bakıda "Viktoriya"nı (Plzen, Çexiya) qəbul edəcək.

Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

16 avqust


23:00. "Budö Qlimt" (Norveç) - "Dinamo" (Zaqreb, Xorvatiya)

23:00. "Kopenhagen" (Danimarka) - "Trabzonspor" (Türkiyə)

23:00. "Reyncers" (Şotlandiya) - PSV (Niderland)

17 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Viktoriya" (Plzen, Çexiya)

23:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Benfika" (Portuqaliya)

23:00. "Makkabi" (Hayfa, İsrail) - "Srvena Zvezda" (Serbiya)
AzVision.az



Teqlər:





Xəbər lenti