"Qarabağ"ın oyunu təxirə salınıb

"Qarabağ"ın oyunu təxirə salınıb
  12 Avqust 2022    Oxunub:948
"Qarabağ"ın səfərdə "Turan Tovuz"a qarşı keçirməli olduğu Azərbaycan Premyer Liqasının III tur matçı təxirə salınıb.
AzVision.az Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, bu qərar "köhlən atlar"ın Bakıda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə oynayacağı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk matçına daha yaxşı hazırlaşması ilə əlaqədar qəbul olunub.

PFL, Tovuz klubunun da razılıq məktubuna əsasən, Ağdam təmsilçisinin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, avqustun 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Viktoriya" matçı saat 20:45-də başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti