FİFA Dünya Çempionatının başlama vaxtını dəyişdi

   FİFA Dünya Çempionatının başlama vaxtını dəyişdi
  12 Avqust 2022    Oxunub:1171
FİFA Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatının təqviminə dəyişiklik edib.
Bu barədə qurumun rəsmi saytı məlumat yayıb. Belə ki, turnirin açılış matçı öncədən planlaşdırıldığı kimi noyabrın 21-də yox 20-də oynanılacaq. DÇ-nin açılış oyununda ev sahibi Qətər millisilə Ekvador yığması üz-üzə gələcək.

Həmçinin, turnir çərçivəsində baş tutacaq daha bir qarşılaşmanın başlanma vaxtına dəyişiklik edilib. Noyabrın 21-də Seneqal və Niderland yığmaları arasındakı matçın saatı Bakı vaxtilə 14:00-dan 20:00-a dəyişdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti