İslamiada: Azərbaycan 5-ci medalını qazanıb

      İslamiada:    Azərbaycan 5-ci medalını qazanıb
  10 Avqust 2022    Oxunub:1354
Azərbaycan Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci medalını qazanıb.
AzVision.az -ın məlumatına görə, 49 kq-da çıxış edən taekvondoçu Patimat Abakarova yarımfinalda uduzsa da, bürünc medala sahib çıxıb.

Bu gün həmçinin Fəridə Əzizova (67 kq) və Cavad Ağayev (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, daha əvvəl Anna Skidan (atletika, çəkicatma) qızıl, Aleksis Kopello (atletika, üç təkanla tullanma), Alyona Kolesnik (güləş, 59 kq) gümüş, Həşim Məhəmmədov (taekvondo, 58 kq) isə bürünc medal əldə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti