Elman Nəsirov şəklindən danışdı - “Fotoşop deyil...”

   Elman Nəsirov şəklindən danışdı -    “Fotoşop deyil...”
  10 Avqust 2022    Oxunub:678
Milli Məclisin deputatı Elman Nəsirovun sosial şəbəkə hesabında paylaşdığı fotosu müzakirələrə səbəb olub. Fotodakının Elman Nəsirov olmadığı, fotoşopdan istifadə etdiyi ehtimal edilib.
AzVision.az xəbər verir ki, Elman Nəsirov Pravda.az-a açıqlamasında bunun “Photoshop” olmadığını deyib:

“Mütəmadi idmanla məşğulam. Həftədə 3 dəfə trenajorda, 3 dəfə də üzgüçülükdə oluram. Üzməyə səhər tezdən 08:00-da, trenajora isə axşam 19:00-da gedirəm. Sağlam həyat tərzi keçirirəm. Sözügedən fotonu idmanı təbliğ etmək məqsədilə V İslam Həmrəyliyi Oyunları ərəfəsində paylaşdım”.



AzVision.az

Teqlər: Deputat  







Xəbər lenti