Mariya Stadnik ilk qələbəsini qazandı

Mariya Stadnik ilk qələbəsini qazandı
  10 Avqust 2022    Oxunub:1021
Qadın güləşçimiz Mariya Stadnik (50 kq) V İslam Həmrəyliyi Oyunlarında ilk qələbəsini qazanıb.
AzVision.az xəbər verir ki, Konya Texniki Universitetinin idman salonunda təşkil olunan yarışda güləşçimiz qazaxıstanlı Svetlana Ankiçevanı 33 saniyəyə məğlub edib – 10:0.

M.Stadnik “Bakı-2017” dördüncü İslam Həmrəyliyi Oyunlarının qalibidir.

Beşinci İslam Həmrəyliyi Oyunları 2021-ci ilin sentyabrında keçirilməli idi. Daha sonra pandemiya ilə əlaqədar yarışa hazırlığın tam aparılması üçün oyunların 2022-ci ilə təxirə salınması məqsədəuyğun hesab olunmuşdu. İlk dəfə İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanında keçirilib. Dördüncü İslam Həmrəyliyi Oyunlarına Azərbaycan ev sahibliyi edib.

AzVision.az



Teqlər:





Xəbər lenti