İslamiada: Komandamız növbəti medalını qazandı

      İslamiada:    Komandamız növbəti medalını qazandı
  09 Avqust 2022    Oxunub:1090
Azərbaycan V İslam Həmrəyliyi Oyunlarında növbəti medalını təmin edib.
Türkiyənin Konya şəhərində keçirilən yarışın ilk günündə 58 kiloqram çəki dərəcəsində çıxış edən Həşim Məhəmmədov uğurla mübarizə apararaq yarımfinala vəsiqə qazanıb. Bununla da o, özünə ən azı bürünc medalı təmin edib. Qeyd edək ki, dörd idmançımız bu gün mübarizəyə qoşulub.

Taekvondo üzrə millimiz, baş məşqçilər Məmməd Abdullayev, Səbuhi Zülfüqarov və böyük məşqçilər Rəşad Məmmədov, Sənan Həşimovun rəhbərliyi ilə yarışda 14 idmançı ilə təmsil olunur. Konyada dayanq ustaları 4 gün ərzində güclərini yoxlayacaqlar.

AzVision.az


Teqlər:





Xəbər lenti