Azərbaycan idmançıları İslamiadada mübarizəyə qoşulur

   Azərbaycan idmançıları İslamiadada mübarizəyə qoşulur
  09 Avqust 2022    Oxunub:1446
Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 5-ci günə start veriləcək.
AzVision.az xəbər verir ki, taekvondo, stolüstü tennis yarışları bugündən etibarən start götürəcək.

Azərbaycan 6 idman növündə təmsil olunacaq.

Taekvondo

10:00 Təsnifat. Röya Hacıyeva (53 kq), Səidə Əliyeva (57 kq), Səyyad Dadaşov (54 kq), Həşim Məhəmmədov (58 kq)

Stolüstü tennis

10:00 Qadınlar (komanda). Banqladeş – Azərbaycan

14:00 Qadınlar (komanda). İran – Azərbaycan

16:00 Kişilər (komanda). Azərbaycan – Mavritaniya

Voleybol

11:00 Kişilər (A qrupu). Azərbaycan – Sudan

Paraüzgüçülük

17:00 Qadınlar (50 metr sərbəst üsulla üzmə). Könül Süleymanova

17:30 Qadınlar (100 metr brass üsulu ilə üzmə). Könül Süleymanova

Atletika

17:10 Üçtəkanla tullanma (final). Nazim Babayev, Aleksis Kopelyo

18:50 Uzunluğa tullanma (final). Yekaterina Sarıyeva, Yelena Pextireva

Həndbol

18:00 Qadınlar (B qrupu). Azərbaycan – Əfqanıstan

Qeyd edək ki, bu gün İslamiadanın açılış mərasimi də baş tutacaq. Mərasim Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti