Ukrayna çempionatı gizli keçirilə bilər

Ukrayna çempionatı gizli keçirilə bilər
  07 Avqust 2022    Oxunub:917
Ukrayna çempionatının yeni mövsümünün oyunları gizli keçirilə bilər.
AzVision.az xəbər verir ki, bu barədə jurnalist İqor Tsıqanik "YouTube" kanalında bildirib: “Fövqəladə Hallar Nazirliyi terror aktı təhlükəsi ilə əlaqədar oyunların başlanmasını və harada keçiriləcəyini açıqlamamağı xahiş edib. Suallar çoxdur. İndi biz təqvimi tələb edə bilərik Amma biz heç vaxt onunla tanışa ola bilməyəcəyik. Bəlkə də onu son anda görəcəyik".

Ukrayna çempionatının yeni mövsümü avqustun 23-də başlayır. "Şaxtyor"un yeni mövsümün açılış matçında çıxış edəcəyi bildirilirdi. Hazırda Donetsk klubunun rəqibi bəlli deyil. Bu qarşılaşmanın Kiyevdəki “Olimpik” stadionunda keçiriləcəyi güman edilir.

Ukrayna Premyer Liqasında ötən mövsüm müharibə səbəbindən vaxtından əvvəl başa çatıb. "Şaxtyor" qalib elan edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti