Kosta “Çelsi”yə keçidi barədə danışdı

Kosta “Çelsi”yə keçidi barədə danışdı
  29 Aprel 2014    Oxunub:1072
İspaniyanın “Atletiko” klubunun hücumçusu Diyeqo Kosta Çempionlar Liqasının yarımfinal mərhələsinin İngiltərənin “Çelsi” klubu ilə keçiriləcək cavab oyunu və onun London klubuna keçmə ehtimalı barədə danışıb. Bu barədə AzVision.az BBC-yə istinadən xəbər verir.

“Mən həyacanlı deyiləm, nikbinəm. Londondakı oyun tamamilə fərqli olacaq. “Çelsi qələbə qazanmağa çalışacaq”- deyə, Kosta bildirib.

“La Liqa yoxsa Çempionlar Liqası önəmlidir?” sualına cavab verərkən Kosta bildirib ki, önəmli olan hər oyunda qalib gəlməkdir. Belə, İspaniya çempionatının taleyi bizim əlimizdədir.

“Çelsi” yə mümkün transferi ilə bağlı danışan Kosta bildirib ki, onu “Atletiko”da hər şey qane edir.

Qeyd edək ki, daha əvvəl Kostanın “Çelsi”yə keçəcəyi barədə məlumatlar yayılmışdı. Məlumata görə, “Çelsi” oyunçunun transferinə görə, “Atletiko”ya 60 milyon avro ödəyəcək, futbolçu özü isə həftədə 185 min avro qazanacaq.

Eldar
AzVision.az



Teqlər:





Xəbər lenti