"Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşib

"Qarabağ"ın pley-offda potensial rəqibi müəyyənləşib
  02 Avqust 2022    Oxunub:1145
"Qarabağ" komandasının UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi müəyyənləşib.
Bu, İsveçrənin Nyon şəhərindəki püşkatma nəticəsində məlum olub. "Köhlən atlar" III təsnifat mərhələsində Macarıstan "Ferentsvaroş"unu üstələyəcəyi təqdirdə, növbəti raundda “Şerif” (Moldova) – “Viktoriya” (Çexiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları avqustun 16-sı və 17-də, cavab matçları isə avqustun 23-ü və 24-də olacaq. "Qarabağ" "Ferentsvaroş"a qarşı ilk görüşünü avqustun 3-də Bakıda, cavab qarşılaşmasını isə avqustun 9-da Budapeştdə keçirəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti