“Qarabağ” Avropanın ən yaxşı 100 klubu arasında

   “Qarabağ” Avropanın ən yaxşı 100 klubu arasında
  30 İyul 2022    Oxunub:1185
Avropada son 10 ilin ən yaxşı 100 klubu açıqlanıb.
AzVision.az xəbər verir ki, Azərbaycan siyahıda bir komanda - Ağdamın “Qarabağ” klubu ilə təmsil olunub. Qurban Qurbanovun yetirmələrinin hesabında 42,00 xal var.

Azərbaycan çempionu onilliyin 70-cisidir. Təmsilçimiz bu mövqeyi Rumıniya “Styaua”sı ilə bölüşür.

“Qarabağ” tanınmış klublardan “Fənərbaxça”, “Betis”, “Renn”, “Lill”, “Real Sosyedad”, “Vest Hem”i, həmçinin Azərbaycan komandalarının keçmiş və indiki rəqiblərindən APOEL, “Rapid”, “Şerif”, “Molde”, “Dnepr” və BATE-ni də arxada qoyub.

Cədvələ “Real” başçılıq edir. “Bavariya” ikinci, “Barselona” üçüncüdür.

Qeyd edək ki, qardaş Türkiyə “Top-100”də üç komanda ilə təmsil olunub. “Beşiktaş” 39-cu, “Qalatasaray” 48-cı, “Fənərbaxça” 74-cüdür.

AzVision.az



Teqlər:





Xəbər lenti