İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

   İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək
  17 İyul 2022    Oxunub:1558
“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Sürix”in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.
AzVision.az İsveçrə mətbuatına istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə "Sürix"in səfər matçına gedə bilməyəcək.

Kanera bununla əlaqədar deyib: “Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm”.

Qeyd edək ki, “Qarabağ” – “Sürix” oyunu iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti