İstanbulun hava limanında bomba həyəcanı

İstanbulun hava limanında bomba həyəcanı
  27 Aprel 2014    Oxunub:1062
“Türk Hava Yolları” şirkətinin İstanbul-Tiflis səfərinə hazırlaşan təyyarəsində bir sərnişin bomba təhdidi etdikdən sonra reys təxirə salınıb.

AzVision.az xəbər verir ki, Atatürk hava limanından TK 382 nömrəli reyslə Türkiyə vaxtı ilə saat 13.10-da uçmalı olan təyyarədəki sərnişinlərdən biri qolundakı saatı göstərərək deyib: "Təyyarəyə bomba yerləşdirdim. Partladacam". Bunu nəzərə alan heyət kapitanı dispetçer məntəqəsi ilə danışaraq təyyarəni anqara çəkib.

Polisin çağırılmasından sonra təyyarədəki 124 sərnişin azad edilib. Təhdid edən adam isə saxlanaraq Atatürk hava limanının təhlükəsizlik şöbəsinə aparılıb. Təhdidçinin pakistanlı olduğu öyrənilib.

Bomba mütəxəssisləri təyyarədə araşdırma aparıb. Sərnişinlərin başqa bir təyyarə ilə Tiflisə hərəkət edəcəyi bildirilib.



Teqlər:  





Xəbər lenti