“Mançester”in yeni baş məşqçisinin adı bilindi

“Mançester”in yeni baş məşqçisinin adı bilindi
  26 Aprel 2014    Oxunub:1258
“Mançester Yunayted” Van Qalla razılığa gəlib
Lui van Qal İngiltərənin “Mançester Yunayted” klubunun yeni baş məşqçisi olacaq. Bu barədə AzVision.az “De Telegraf”a istinadən xəbər verir.

Nəşrin məlumatına görə, tərəflər müqavilənin bağlanması üzrə razılığa ötən gün gəliblər. Hazırda Hollandiya millisinə rəhbərlik edən Van Qal son günlərdə “Mançesterin” vitse-prezidenti Ed Vudvordla danışıqlar aparıb.

Van Qal “Mançester”dəki yeni işinə Braziliyada keçiriləcək Dünya Çempionatından sonra başlayacaq. Hazırda kluba Rayan Qiqqz rəhbərlik edir.

Eldar
AzVision.az



Teqlər:  





Xəbər lenti