10 yaşlı ukraynalı dama oyunlarında udduğu pulları orduya verdi

 10 yaşlı ukraynalı dama oyunlarında udduğu pulları orduya verdi
  12 İyul 2022    Oxunub:1072
Kiyevdə 10 yaşlı qız Valeriya Yejova küçələrdə hamı ilə dama oynayaraq xeyli miqdarda pul udub. O, bunun sayəsində 20 min qrivnadan çox qazanıb və məqsədinin orduya yardım etmək olduğunu açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə aktyor və könüllü Sergey Pritula öz Facebook səhifəsində məlumat yayıb.

"Valeriya. 10 yaşı var. Küçədə insanlarla dama oynayırdı. Hətta adam uduzubdusa da oyunun pulunu ödəyib. Valeriya ilə oynayanların hamısı uduzdu. Valeriya dama üzrə dünya çempionudur. Və fondumuzun sponsorudur. + 21 000 qrivna topladı. Keçəl botokslu öləcək və nə üçün məğlub olduğunu başa düşməyəcək. Ona görə ki, belə uşaqları olan xalqımıza qalib gəlmək olmaz!” – statusda yazılıb.

Tural Tağıyev
AzVision.az



Teqlər: Ukrayna   Dama   Qrivna  





Xəbər lenti