Sürətli raketlər, Aya uçuşlar və Marsa missiyalar: 2022-ci ildə astronavtikanı nə gözləyir? |
Kadrlardan görünür ki, 33 "Raptor" mühərriki ilə təchiz edilmiş sürətləndiricinin işə salınmasından cəmi bir neçə saniyə sonra o, alov şarına çevrilir.
Qəzanın səbəbi və insan tələfatı barədə məlumat verilməyib. Amma Mask hadisəyə reaksiya verib. İş adamı hər şeyin "o qədər də yaxşı getmədiyini" qeyd edib və komandasının dəymiş zərəri qiymətləndirdiyini söyləyib.
Qeyd edək ki, yenidən istifadə edilə bilən “Starship” kosmik gəmisi Marsa uçuşlar üçün reallaşdırılır. O 100 nəfər üçün nəzərdə tutulub. Gəminin prototipləri artıq uçuşdan sonra Yerə qayıdaraq bir neçə dəfə sınaq uçuşları həyata keçirib. Lakin indiyədək onlar sınağı yalnız Yer atmosferi daxilində keçiblər.
Tural Tağıyev
AzVision.az