“Barselona”nın keçmiş baş məşqçisi vəfat edib

“Barselona”nın keçmiş baş məşqçisi vəfat edib
  26 Aprel 2014    Oxunub:1420
“Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanova vəfat edib.
Apasport.az saytının məlumatına görə, bu gün səhər ağır vəziyyətdə hospitala yerləşdirilən 45 yaşlı Vilanova axşam saatlarında dünyasını dəyişib.

İspaniyanın “Marca” qəzeti yazır ki, Vilanova mədəsindəki xəstəlik səbəbindən xəstəxanaya aparılıb. Onun cərrahiyyə əməliyyatına məruz qalacağı gözlənilirdi. Xəstəxanaya aparılan zaman mütəxəssisin huşu özündə olub, o, hospitalda dostlarını və yaxınlarını qəbul edib.

Məşqçi son illər qulaqyanı vəzilərin xərçəngi ilə mübarizə aparıb. O, 2011-ci ilin noyabrında cərrahiyyə əməliyyatına məruz qalıb və kimyaterapiya qəbul edib. 2012-ci ilin dekabrında isə xəstəliyin şiddətlənməsi səbəbindən yenidən xəstəxanaya düşüb.

Tito Vilanova 2012/2013-cü il mövsümündə “Barselona”nın baş məşqçisi olub. 2013-cü ildə isə xəstəliyi səbəbindən postunu tərk edib. Buna qədər isə Xosep Qvardiolanın köməkçisi işləyib.


Teqlər:  





Xəbər lenti