Pivənin fəsadı: Kişinin cinsi hormonlarına təsir edir

      Pivənin fəsadı:    Kişinin cinsi hormonlarına təsir edir
  06 İyul 2022    Oxunub:2103
Süzülmüş pivənin saxlanması və satışı qaydalarının pozulması mədə problemlərinə və zəhərlənməyə səbəb ola bilər.
Bu barədə “Moskva 24” telekanalına immunoloq və allerqoloq Marina Apletaeva məlumat verib. Süzülmüş pivənin saxlandığı qab hermetik şəkildə bağlanmayıbsa və ya otaqda sanitar normaların tələblərinə əməl edilmirsə, o zaman içkidə patogen bakteriyalar çoxalda bilər.

Mütəxəssisin fikrincə, qablaşdırma üçün təmizlənməmiş kran qida zəhərlənməsi mənbəyinə çevrilə bilər. “Pivə, hər hansı digər qida məhsulları kimi, patogen mikroblar üçün yaxşı zəmindir. Məsələn, davamlı olaraq açılan və bağlanan bir kran. Düşünürəm ki, o da müəyyən aralıqlarla sanitarizasiyadan keçməlidir, çünki o, açıq havadadır”, - deyə həkim xəbərdarlıq edib.

Apletaeva onu da xatırladıb ki, pivədən sui-istifadə etməmək daha yaxşıdır, içkinin tərkibində kişi cinsi hormonlarına mənfi təsir göstərən fitoestrogenlər var.

AzVision.az



Teqlər:





Xəbər lenti