Nazir “Qarabağ”ın hazırlıq işləri ilə tanış oldu - FOTO

   Nazir “Qarabağ”ın hazırlıq işləri ilə tanış oldu -    FOTO
  30 İyun 2022    Oxunub:2987
Gənclər və idman naziri Fərid Qayıbov Tofiq Bəhramov adına Respublika stadionunu ziyarət edib.
AzVision.az "Qarabağ"ın rəsmi saytına istinadən bildirir ki, nazir "köhlən atlar"ın Bakıda Polşa "Lex"inə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununa hazırlıq işləri ilə tanış olub və öz tövsiyələrini verib.

Ağdam klubunun vitse-prezidenti Fevzihan Araz F.Qayıbova zaman ayırıb işlərlə tanış olduğu üçün təşəkkür edib.

Qeyd edək ki, “Qarabağ”ın “Lex"lə ilk oyunu iyulun 5-də səfərdə, cavab görüşü isə bir həftə sonra evdə olacaq.





AzVision.az


Teqlər:





Xəbər lenti