Dövlət qulluğuna imtahanın proqramı dəyişdi

Dövlət qulluğuna imtahanın proqramı dəyişdi
  29 İyun 2022    Oxunub:4017
Dövlət qulluğuna qəbul imtahanının proqramında dəyişiklik olub.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, DİM tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmununun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir.

Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankları mütəmadi olaraq yenilənir, banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırırıq ki, yuxarıda qeyd olunanlara əsasən 2022-ci ilin iyul ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramlarında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib.

AzVision.az




Teqlər:





Xəbər lenti