Planetlərin paradı ” başlanıb

   “ Planetlərin paradı ” başlanıb
  24 İyun 2022    Oxunub:743
Bu gün Günəş sisteminin 5 planeti - Merkuri, Venera, Mars, Yupiter və Saturn Günəşdən eyni istiqamətdə bir düz xətt boyunca sıraya düzülüb.
Bu barədə AzVision.az -a AMEA-nın N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib. Bildirilib ki, “Planetlərin paradı” adlanan bu düzülüş olduqca maraqlı və bir o qədər də valehedici astronomik hadisədir. Bu fenomen ayın sonuna qədər sübhdən əvvəlki səmanı bəzəyəcək, lakin bu həftə ərzində daha yaxşı müşahidə ediləcək. Bu gün yerin peyki Ay da bu düzülüşə daxil olub, lakin ayının 25-də düzülüşdən çıxacaq.

Bu fenomeni müşahidə etmək üçün Şimal yarımkürəsindən şərq və cənub-şərq istiqamətində, cənub yarımkürəsində isə şərq və şimal-şərq istiqamətində üfüqə baxmaq lazımdır. Planetlər paradı teleskop və ya hər hansı müşahidə cihazı olmadan belə hətta böyük şəhərlərin çirkli atmosferindən görünə biləcək qədər parlaq olacaq.

Qeyd edək ki, “Planetlərin paradı” Günəş sistemində iki formada olur:” Kiçik planetlərin paradı” - bu hadisə Günəş sistemindəki kiçik planetlərin, yəni Merkuri, Venera, Yer və Marsın iştirakı ilə baş verir; “Böyük planetlərin paradı” - bu hadisə isə Uran, Saturn, Yupiter, Neptunun iştirakı ilə yaşanır. Lakin bəzən bu planetlərin hamısı bir düz xətt boyunca düzülür ki, bu, “Planetlərin əsl paradı” adlanır. Günəş sistemindəki bütün planetlərin ümumi kütləsi Günəşin kütləsinin bir faizini təşkil edir. Yəni bu planetlərin heç birinin Günəşə təsir qüvvəsi yoxdur. Bu astronomik hadisə zamanı Günəşin özündə və planetlərdə qabarma qüvvəsi yarana bilər. Hansı ki, bu zaman Günəşdə baş verən partlayışlarda artım və ya güclənmə müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə planetlərin özündə tektonik fəaliyyətlər yaşana bilər. Bununla belə, “Planetlərin paradı”nın bizim planetimiz və üzərindəki canlılara heç bir mənfi təsiri olmayacaq.

Sonuncu dəfə bu nadir astronomik hadisə - “Planetlərin əsl parade” 1982-ci il martın 10-da baş verib ki, həmin vaxt Günəş sistemindəki bütün planetlər Günəşdən eyni tərəfdə, 95 dərəcə bucaqlı sektorda toplaşıb. Növbəti “Planetlər parade”nın 2161 və 2492-ci ildə olacağı proqnozlaşdırılır.

AzVision.az

Teqlər:







Xəbər lenti