Yer üzündə 1 sm ölçüdə yeni bakteriya aşkar edilib

   Yer üzündə    1 sm ölçüdə yeni bakteriya aşkar edilib
  24 İyun 2022    Oxunub:1176
Elmə gözlə görüləcək qədər böyük olan yeni kəşf edilmiş bakteriya ilə bağlı araşdırma dərc edib.
Forma və ölçüyə görə kiprikə bənzəyir. Mikrobioloqlar onu Kiçik Antil adalarında Qvadelupada tapıblar. Yeni bakteriyanın Latın adı “Thiomargarita magnifica”dır. Onun ölçüləri 9000 mikrometrə çatır ki, bu da demək olar ki, 1 santimetr uzunluğundadır.

Tipik olaraq, əksər bakterial növlərin hüceyrələrinin uzunluğu təxminən 2 mikrometrdir, baxmayaraq ki, daha böyükləri 750 mikrometrə qədər uzun ola bilər.

AzVision.az



Teqlər: Bakteriya  





Xəbər lenti