Daha bir cüdoçumuz Avropa çempionatında medal qazandı - YENİLƏNİB

   Daha bir cüdoçumuz Avropa çempionatında medal qazandı -  YENİLƏNİB
  23 İyun 2022    Oxunub:1277
Azərbaycan cüdoçusu Nizami İmranov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında final görüşünə çıxıb.
AzVision.az xəbər verir ki, oğlanlar arasında 60 kq çəki dərəcəsində rəqib macarıstanlı Adam Mayor olub.

Görüş İmranovun vaxtından əvvəl ipponla qələbəsi ilə yekunlaşıb. O, milli komandaya ikinci qızıl medalı qazandırıb. Beləliklə, Azərbaycan yığması Avropa çempionatında ilk yarış gününü 4 medalla başa vurub.

Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Aydan Vəliyeva (48 kq) gümüş, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.

***
Azərbaycan cüdoçusu Aydan Vəliyeva Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında gümüş medal qazanıb.

AzVision.az xəbər verir ki, qızlar arasında 48 kq çəki dərəcəsində yer alan Vəliyeva finalda isveçli Tara Babulfata uduzub.

Bu, Azərbaycanın Avropa çempionatında 3-cü medalı olub.

Daha əvvəl Şahin Orucov (55 kq) qızıl, Məhəmməd Məmişov (50 kq) bürünc medala yiyələnib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha bir təmsilçisi Nizami İmranov (60 kq) final görüşünə çıxacaq. O, macarıstanlı Adam Mayorla qarşılaşacaq.

***
Azərbaycan cüdoçusu Şahin Orucov Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

"AzVision.az xəbər verir ki, 55 kq çəki dərəcəsində yer alan Orucov finalda serbiyalı Matiya Yeremiçə vaxtından əvvəl ipponla qalib gəlib.

Daha əvvəl Məhəmməd Məmişov 50 kq çəkidə ermənistanlı Qor Safaryanı yenərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha 2 cüdoçusu final qarşılaşmasına çıxacaq. Qızlar arasında 48 kq çəkidə Aydan Vəliyeva isveçli Tara Babulfatla, oğlanlardan 60 kq-da Nizami İmranov macarıstanlı Adam Mayorla qarşılaşacaq.

***
Azərbaycan cüdoçusu Şahin Orucov yeniyetmə idmançılar arasında Xorvatiyanın Poreç şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib.


AzVision.az xəbər verir ki, 55 kq-da mübarizə aparan idmançı yarımfinalda ermənistanlı Vahe Aqasyanla qarşılaşıb. Rəqibinə qalib gələn Orucov həlledici görüşə vəsiqə qazanıb.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva qızıl medal uğrunda yarışacaq. 48 kq-da çıxış edən idmançının finaldakı rəqibi isveçli Tara Babulfat olacaq.

50 kq-da Məhəmməd Məmişov finala gedən yolda fransalı Kays Gettari, 60 kq-dakı Nizami İmranov isə ukraynalı Nazar Viskovu sınağa çəkəcək.

AzVision.az




Teqlər:





Xəbər lenti