DİM sədri: "Diplomu olanlar işə girə bilmir, ali təhsili olmayanlar iş tapır"

     DİM sədri:   "Diplomu olanlar işə girə bilmir, ali təhsili olmayanlar iş tapır"
  22 İyun 2022    Oxunub:363
Bu gün ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin məzunlarının az qismi əmək bazarında olan tələbləri ödəyə bilirlər. Çünki onların bilikləri daha çox nəzəri xarakter daşıyır.
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

"Diplomu olanlar işə girə bilmir, amma ali təhsili olmayanlar iş tapır. Bununla da əmək bazarıda diplomlu işçi qüvvəsinin sayı artırmış olur. Ona görə də universitetlərdə biliklər bazarın tələblərinə uyğun olaraq təkmilləşdirilməlidir. Ali təhsil müəssisələrinin kurikulumları nə yerli, nə də beynəlxalq kvalifikasiyaya uyğun gəlir"-deyə, sədr bildirib.

. AzVision.az

Teqlər: Diplom  







Xəbər lenti