“Cəbrayıl” UEFA Region Kubokunda

   “Cəbrayıl” UEFA Region Kubokunda
  22 İyun 2022    Oxunub:1591
UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları Azərbaycanda keçiriləcək.
Ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının 2021/2022-ci illər mövsümünün qalibi “Cəbrayıl” komandası ilkin mərəhələnin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstanın “Basiani”, Qazaxıstanın “Kaskelen” və Estoniyanın “Tallinna Zapoos” komandaları mübarizə aparacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq. 23-29 iyun aralığında keçiriləcək ilkin mərhələ oyunlarının təqvimini nəzərinizə çatdırırıq:

I qrup

“Basiani” – “Tallinna Zapoos”
23 iyun. ASK Arena

“Tallinna Zapoos” – “Kaskelen”
25 iyun. ASK Arena

“Kaskelen” – “Basiani”
27 iyun. ASK Arena

II qrup

“Kolos” – “Cəbrayıl”
24 iyun. Şamaxı şəhər stadionu

“Cəbrayıl” – “Kolos”
26 iyun. Şamaxı şəhər stadionu

FİNAL

I qrupun qalibi – II qrupun qalibi
29 iyun. Şamaxı şəhər stadionu

Qeyd: Bütün oyunlar saat 16:00-da başlayacaq.

AzVision.az



Teqlər: Futbol  





Xəbər lenti